“Qəbələ” ilə oyunöncəsi məşqlər tamamlandı
04.02.2015 - 20:08
Topaz Premyer Liqasının XX turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq AZAL hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Qəbələyə səfər öncəso komanda Bakıda son məşqini bu gün keçirib.
Küləkli hava şəraitinə baxmayaraq, futbolçular məşqdə əzmlə çalışıb. Fiziki hazırlığın artırılmasına yönəldilmiş ilk hissədən sonra taktiki-texniki hazırlıq olub. Məşqdə zədəli Eduardo Konseysaodan başqa, hamı iştirak edib.
0
0