Bu gün toplanışın ilk mərhələsini tamamlayan AZAL iyulun 16-sı səhər saatlarında Türkiyənin Bolu vilayətinə yola düşəcək. Apasport.az saytının məlumatına görə, hazırlığın ikinci mərhələsi məhz qardaş ölkədə baş tutacaq.
13 gün burda qalacaq komanda 5 yoxlama görüşündə qüvvəsini sınayacaq. Artıq sparrinq-rəqiblərin adları da bilinir. Belə ki, AZAL iyulun 19-da İsfahan “Zob Ahan”ı (İran), 21-i “Mersin İdmanyurdu” (Türkiyə), 23-ü “Spartak-Tsxinvali” (Gürcüstan), 25-i “Balıkəsirspor” (Türkiyə) və 27-də “Antalyaspor”la (Türkiyə) qarşılaşacaq.
Qeyd edək ki, bu klublardan “Balıkəsirspor” yeni mövsümdən etibarən Türkiyə Superliqasında çıxış edəcək.
AZAL Türkiyə Superliqası klubu ilə qarşılaşacaq
14.07.2014 - 17:50
0
0