AZAL üçün 3 legioner
02.07.2014 - 12:10
Növbəti mövsümün hazırlıqlarını davam etdirən AZAL-ın düşərgəsinə daha 3 futbolçu baxışa gəlib. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Tərlan Əhmədov məlumat verib.
O bildirib ki, həmin futbolçular haqqında qərarını yaxın günlərdə verəcək: “Hazırda baxışda 3 futbolçu var. Bunlar gürcüstanlı Pavle Xorquaşvili, David Ramajaşvili və xorvatiyalı Samir Nedziçdir. Düşərgəyə yeni futbolçular da qoşulacaq. Onların arasında Bakıya gələnlər də olacaq. Amma çox güman ki, çoxu Türkiyədəki toplanışa qoşulacaq”.
0
0