AZAL və “Sumqayıt” I dəstə təmsilçilərinə qarşı
05.07.2014 - 14:42
Hazırlıqlarını ölkəmizdə davam etdirən AZAL və “Sumqayıt” bu gün yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, hər 2 komanda aşağı dəstəni təmsil edən klublarla gücünü sınayacaq.
AZAL saat 19:00-da Şüvəlanda “Rəvan”ı qəbul edəcək. "Sumqayıt" isə saat 18:00-da Mehdi Hüseynzadə adına şəhər stadionunda “Neftçala” ilə qarşılaşacaq.
Qeyd edək ki, bu, AZAL-ın ikinci yoxlama oyunudur. Bundan öncə Tərlan Əhmədovun yetirmələri tələbələrdən ibarət yığmamızı 3:0 hesabı ilə məğlub etmişdi.
0
0