Azarkeşlər “Xəzər Lənkəran”ı ziyana saldı
25.03.2014 - 12:47
Azarkeşlər “Xəzər Lənkəran”ı ziyana saldı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Topaz Premyer Liqasının XXVII turunun qarşılaşmalarında yaşanan xoşagəlməz hadisələr müzakirə olunub.

 

Belə ki, “Xəzər Lənkəran”ı yenə azarkeşləri ziyana salıblar. Onlar “ağ-yaşıllar”ın “Simurq”la oyununun 86-cı dəqiqəsində meydançaya kənar əşya atdıqları üçün komanda 2000 manat cərimə olunub.  

 

“Rəvan” – “Neftçi” matçının 71-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Mişel Patrik Balakoq idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün isə 1 oyunluq cəzalanıb və klubunu 200 manat ziyana salıb.