Azərbaycan - Bolqarıstan oyununun stadionu müəyyənləşdi
30.04.2014 - 09:59
Azərbaycan - Bolqarıstan oyununun stadionu müəyyənləşdi

Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsinin ilk ev oyununu keçirəcəyi stadion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi komandamızın Bolqarıstanla görüşü "Bakcell Arena"da keçiriləcək.

 

Bu matç sentyabrın 9-da baş tutacaq. Oyun saat 21:00-da başlayacaq.

 

Mənbə: affa.az