Azərbaycan – Gürcüstan oyununun vaxtı dəyişdirildi
05.02.2015 - 16:59
Azərbaycan – Gürcüstan oyununun vaxtı dəyişdirildi

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının Gürcüstanla oyununun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, “Bakı”nın təlim-məşq bazasında keçiriləcək qarşılaşmalardan 2-cisinin başlama saatında dəyişiklik edilib.

 

Belə ki, fevralın 8-də baş tutacaq qarşılaşma əvvəlcədən xəbər verildiyi kimi, saat 17:30-da deyil, saat 15:30-da başlayacaq.

 

Qeyd edək ki, Azərbaycan və Gürcüstan milliləri arasında ilk matç sabah baş tutacaq. Görüş 11:30-da start götürəcək.