Azərbaycan – Moldova matçının biletləri satışda
14.11.2015 - 16:15
Azərbaycan – Moldova matçının biletləri satışda

Noyabrın 17-də Bakıda Azərbaycan və Moldova yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünün bilet satışı başlayıb. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletlər bu gündən satışa çıxarılıb.

 

Oyuna tribunadan baxmaq istəyən azarkeşlər matçın keçiriləcəyi Bakı Olimpiya Stadionundan, həmçinin 28 Mall Alış-Veriş Mərkəzindən, Bakcell Sahil müştəri xidmətlərindən və “Bakcell Arena”nın kassalarından biletləri əldə edə bilərlər.

 

VİP sektorlara biletlərin qiyməti 10 AZN, digər yerlərə isə 1 AZN-di.