Azərbaycan – Ukrayna oyununun vaxtı dəqiqləşdi
16.02.2015 - 12:39
Azərbaycan – Ukrayna oyununun vaxtı dəqiqləşdi

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək IV qrupunda oyunların başlanma vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq turnirin hər turunun ilk oyunu 18:30-da, Azərbaycan millisinin iştirakı ilə keçirilən qarşılaşma isə 21:00-da start götürəcək.

 

Yığmamız martın 18-də Belçika, 19-da Danimarka, 21-də isə Ukrayna ilə üz-üzə gələcək. Final mərhələsi 2016-cı ildə Serbiyada keçiriləcək yarışa birbaşa vəsiqə qazanmaq üçün komandamız qrup qalibi olmalıdı.

 

Çünki əsas mərhələnin 7 qalibi birbaşa Serbiyaya vəsiqə əldə edəcək, qrup ikinciləri və ən yaxşı 3-cü yer sahibi isə pley-offda son 4 xoşbəxti müəyyənləşdirəcək.

 

Avropa çempionatının seçmə mərhələsi

IV qrup

18 mart

18:30. Ukrayna –Danimarka

21:00. Azərbaycan – Belçika           

 

19 mart

18:30. Belçika – Ukrayna

21:00. Azərbaycan –Danimarka

 

21 mart

18:30. Danimarka –Belçika

21:00. Ukrayna – Azərbaycan