Azərbaycan çempionu “Barselona”dan geri qalmadı
25.04.2014 - 09:26
Azərbaycan çempionu “Barselona”dan geri qalmadı

Futzal üzrə UEFA kubokunun yarımfinal mərhələsində keçirilən “Araz” – “Barselona” oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın hesablamalarına əsasən Azərbaycan çempionu İspaniya təmsilçisi ilə qarşılaşmada rəqibindən geri qalmayıb.

 

Qapı istiqamətində ümumi zərbə sayında və künc zərbələrində “Barselona”dan üstün olması isə “Araz”ın finala çıxmasına yetərli olmayıb. Belə ki, 4:4 hesabı ilə başa çatan matçın penaltilər seriyasında kataloniyalılar güclü olub – 4:2.

 

“Araz”

 

“Barselona”

4

Qollar

4

37

Zərbələr

33

13

Çərçivəyə zərbələr

18

19

Qeyri-dəqiq zərbələr

10

5

Qarşısı alınan zərbələr

5

0

Qapı dirəyi

1

14

Künc zərbələri

11

3

Sarı vərəqələr

3

0

Qırmızı vərəqələr

0

9

Qayda pozuntusu

5

5

Fola məruz qalıb

9