Azərbaycan çempionu İsveçrəyə yollanır
18.08.2015 - 13:00
Azərbaycan çempionu İsveçrəyə yollanır

Avropa Liqasının pley-off mərhələsində "Yanq Boyz"la qarşılaşacaq “Qarabağ” bu gün səfərə çıxacaq. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Bakı-Bern reysiylə İsveçrəyə yollanacaq.

 

Azərbaycan çempionu saat 17:00-da ölkəmizi tərk edəcək. Təxminən 5 saatlıq uçuşdan sonra təmsilçimiz İsveçrə paytaxtına çatacaq.

 

Qeyd edək ki, "Yanq Boyz" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) qarşılaşması avqustun 20-də keçiriləcək. Oyun saat 23:00-da başlayacaq.

 

Mənbə: qaranagh.com