Azərbaycan çempionu üçün 11 rəqib
19.12.2015 - 11:54
Azərbaycan çempionu üçün 11 rəqib

Çempionlar Liqasının 2016/17 mövsümünün 11 iştirakçısı bəllidi. Apasport.az saytının məlumatına görə, başa çatmaqda olan 2015-ci ildə Avropanın 11 ölkəsinin çempionu bəlli olub.

 

Bu komandalar da növbəti mövsümdə qitənin ən nüfuzlu klub turnirində oynamaq hüququ qazanıb. Onlar bu yarışda iştirak edəcək Azərbaycan çempionunun potensial rəqibləri sayılır.

 

Lakin bu komandalardan ikisi – Estoniya və Farer adalarının təmsilçiləri yarışa I təsnifat mərhələsindən başlayacaq. Bu üzdən onlar təmsilçimizlə görüşmək üçün bir mərhələ adlamalıdı.

 

Çempionlar Liqasının 2016/17 mövsümünün iştirakçıları: BATE (Belarus), “Norçepinq” (İsveç), “Rusenborq” (Norveç), “Astana” (Qazaxıstan), SJK (Finlandiya), “Hafnarfyordur” (İslaniya), “Dandalk” (İrlandiya), “Jalgiris” (Litva), “Skonto” (Latviya), “Flora” (Estoniya), B-36 “Torshavn” (Farer adaları)