Çempionlar Liqasının 2014/15 mövsümünün ilk 2 təsnifat mərhələsində çıxış edəcək 37 klubdan tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu komandalardan 18-i Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın potensial rəqibidir.
İyunun 23-də İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatmada Ağdam klubu səpələnmişlər sırasında olacaq. I təsnifat mərhələsinin 6 komandasının təşkil edəcəyi 3 cütlükdən ikisi və 14 klub “Qarabağ”la görüşə bilər. Ermənistan çempionu “Banants”ın I təsnifat mərhələsində yer alacağı cüt isə ağdamlılarla görüşə bilməz.
I təsnifat mərhələsi
Səpələnmişlər
“Torshavn” (Farer adaları), “Levadiya” (Estoniya), “Santa Koloma” (Andorra)
Səpələnməmişlər
“Linkoln” (Cəbəllütariq), “Banants” (Ermənistan), “La Fiorita” (San-Marino)
II təsnifat mərhələsi
Səpələnmişlər
“Sytaua” (Rumıniya), “Seltik” (Şotlandiya), BATE (Belarus), “Sparta” (Çexiya), “Dinamo” (Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Makkabi” (Təl-Əviv. İsrail), “Şerif” (Moldova), “Slovan” (Slovakiya), “Aktobe” (Qazaxıstan), “Ventspils” (Latviya), “QARABAĞ” (AZƏRBAYCAN), HİK (Finlandiya), “Legiya” (Polşa), “Srvena Zvezda” (Serbiya), “Debretsen” (Macarıstan), “Maribor” (Slovaniya)
Səpələnməmişlər
“Dinamo” (Gürcüstan), “Malmö” (İsveç), “Stromsqodset” (Norveç), “Reykyavik” (İslandiya), “Sent Patriks” (İrlandiya), TNS (Uels), “Skenderbeu” (Albaniya), “Zrinski” (Bosniya və Hersoqovina), “Valletta” (Malta), “Rabotniçki” (Makedoniya), “Jalgiris” (Litva), “Kliftonvill” (Şimali İrlandiya), “Düdelanj” (Lüksemburq), “Sutyeska” (Monteneqro), I təsnifat mərhələsinin cütləri