Azərbaycan çempionu üçün “Seltik”
27.03.2014 - 09:59
Azərbaycan çempionu üçün “Seltik”

Avropanın daha bir ölkəsində çempionun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Şotlandiya çempionatının XXXI turu “Seltik”in 1-ci yeri təmin etməsi ilə nəticələnib.

 

Səfərdə “Partik Tisl” klubunu 5:1 hesabı ilə darmadağın edən Qlazqo təmsilçisi sona 5 tur qalmış çempionluğu qazanıb. Bu uğur “Seltik”in 45-ci zəfəridir.

 

Qlazqolular Çempionlar Liqasının 2014/15 mövsümündə oynamaq hüququ da əldə edib. 45 qat çempion bu yarışa II təsnifat mərhələsindən başlayacaq. Bu isə o deməkdir ki, şotlandiyalılar eyni mərhələdən mübarizəyə qoşulacaq Azərbaycan çempionunun potensial rəqibidir.

 

Qeyd edək ki, bu həftə “Bavariya” Almaniya çempionu titulunu təmin etmişdi.