Azərbaycan çempionuna qarşı qambiyalı yarımmüdafiəçi
12.07.2014 - 11:04
Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Malta “Valletta”sı növbəti transferə hazırlaşır. Apasport.az saytının məlumatına görə, cırtdan ölkə təmsilçisi Qambiyadan yarımmüdafiəçi gətirir.
Belə ki, paytaxt klubu Həmzə Barrini heyətinə qatmaq istəyir. Tunisin “Esperans” klubunda çıxış edən yarımmüdafiəçinin keçidi həll olunsa, onun adı avrokuboklar üçün iştirak ərizəsinə əlavə ediləcək.
Qeyd edək ki, klublar avrokuboklarda ilk oyunun keçiriləcəyi günə qədər daha bir futbolçunu siyahıya əlavə edə bilər.
0
0