Azərbaycan çempionu “Araz”ın futzalçısı Eduardo klubun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı braziliyalı Naxçıvan təmsilçisinin avrokuboklarda 200-cü qolunu vurub.
Eduardo buna UEFA kubokunun III yer uğrunda oyununda son qolu vurmaqla nail olub. Qazaxıstan “Kayrat”ı ilə görüşün 39-cü dəqiqəsində hesabı 6:4 edən cənubi amerikalı “Araz”ın bu yarışdakı qollarını 200-ə çatdırıb.
Son illərin dəyişməz Azərbaycan çempionu yubiley qolunu 49-cu matçında vurub. Hesabında 28 qələbə, 9 heç-heçə və 12 məğlubiyyət olan təmsilçimiz vurduğu 200 qolun qarşılığında 128-ni buraxıb.