Azərbaycan futbolçuları “Zarya”da oynayacaq
15.04.2014 - 10:40
Azərbaycan futbolçuları “Zarya”da oynayacaq

17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin iştirakı ilə keçiriləcək beynəlxalq Avrasiya turnirinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 22-26-da Rusiyanın Novosibirsk şəhərində keçiriləcək yarışın oyunlarının başlama vaxtı, yeri və girişin qiyməti dəqiqləşib.

 

4 komandanın qatıldığı turnirin oyunları qapalı “Zarya” futbol manejində keçiriləcək. 1998-ci il təvəllüdlülərdən böyük olmayanlar arasında təşkil olunan yarışın matçlarına giriş sərbəst olacaq.

 

Qeyd edək ki, turnirdə Azərbaycan və Rusiya milliləri, həmçinin Sverdlovsk vilayəti və Sibirin yığmaları mübarizə aparacaq.

 

22 aprel

12:30. Azərbaycan – Sibir

15:00. Rusiya – Sverdlovsk
 

24 aprel

14:30. Azərbaycan – Sverdlovsk

16:30. Sibir – Rusiya
 

26 aprel

11:30. Sibir – Sverdlovsk

14:30. Rusiya – Azərbaycan
 

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.