Azərbaycan futbolçularının Türkiyə kubokunda vurduğu qolların sayı 5-ə çatıb. Apasport.az saytının məlumatına görə, buna “Qaziantep BB”də çıxış edən iki oyunçumuzun fərqlənməsi səbəb olub.
Belə ki, Vaqif Cavadov və Rəhman Hacıyev hərəyə 1 qol vurub. Onlar “Anadolu Selcukspor” üzərində qələbənin səbəbkarı kimi tarixə düşüblər – 2:1.
Bu qarşılaşmayadək təmsilçilərimiz Türkiyə kubokunda cəmi 3 qol vurmuşdu. İlk belə qol 2010/11 mövsümündə qeydə alınmışdı. Həmin vaxt İlqar Qurbanov “Mersin İdman Yurdu”nun heyətində fərqlənmişdi. Bu yarışda ən məhsuldar oyunçumuz Cihan Özkara “Sivasspor”da 2013/14 mövsümündə 2 qol vurub.