Azərbaycan futbolu 60 mini fəth etdi
07.04.2014 - 13:55
Azərbaycanda futbolla məşğul olanların sayı 60 mini keçib. Apasport.az saytının məlumatına görə, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən başlanılan qeydiyyatın növbəti yubilyarı bəlli olub.
Futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin siyahısında 60 mininci üzv Rzayeva Rəvanə Razim qızı olub. "Məktəblərdə futbol dərsi" layihəsində iştirak edən Gəncə şəhəri 24 №-li orta məktəbin 5-ci sinif şagirdi bununla da tarixə düşüb.
Mənbə: affa.az
0
0