Azərbaycan Hollandiya və Şotlandiyadan öndə
18.09.2014 - 08:42
Avrokubokların 2014/15 mövsümünə ən çox xal toplayan ölkələrin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 4,625 xala sevinən Xorvatiya mövsümün ən yaxşısıdır.
Belarus klubların arxada qalan müddətdə 4,250 xal qazana bilib. İspaniya isə 3,928 xalla 3-cüdür.
Təmsilçiləri 2,375 xal əldə edən Azərbaycan isə sıralamada 22-ci pillədədir. Ölkəmiz 21-ci olan Türkiyədə cəmi 0,025 xal geri qalır. Ən yaxın izləyicimiz olan Şotlandiya 2,250 xala malikdir. Qabaqladığımız ölkələr arasında 2,083 xala malik Hollandiya da var.
0
0