Azərbaycan klubları üçün 43 rəqib
02.05.2014 - 10:38
Azərbaycan klubları üçün 43 rəqib

Avropa Liqasında I təsnifat mərhələsinin 36, II təsnifat mərhələsinin 7 iştirakçısı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu 43 klub Azərbaycanın yarışdakı 3 təmsilçisinin potensial rəqibləridir.

 

İlk raundda iki, növbəti mərhələdə 1 komanda ilə təmsil olunacaq ölkəmizin Avropa Liqasında oynayacaq klubları hələ dəqiqləşməyib. Lakin onların ikisinin I təsnifat mərhələsində səpələnmişlərdən olacağı və mümkün 9 zəifdən biri ilə görüşəcəyi məlumdur. Amma komandalarımızın mərhələ adlayıb Azərbaycan kubokunun qalibinə qoşulacağı halda, hansı səbətdə yer alacağını indidən söyləmək çətindir.

 

I təsnifat mərhələsi

Səpələnmişlər

“Rusenborq” (Norveç), “Ekranas” (Litva), “Hafnarfyordur” (İslandiya), “Höteborq” (İsveç), “Şaxtyor” (Qazaxıstan), “Linfild” (Şimali İrlandiya), “Honka” (Finlandiya), “Sliqo Rovers” (İrlandiya), “Birkirkara” (Malta)

 

Səpələnməmişlər

“Vikinqur”, “Torshavn”, “Fulafyordur” (hamısı Farer adaları), “Derri”, “Dandalk” (hər ikisi İrlandiya), “Rovaniyemi”, “Vaasa” (hər ikisi Finlandiya), “Aurbus”, “Aberisvit” (hər ikisi Uels), “Kayrat” (Qazaxıstan), “Styarnan” (İslanidya), “Banqa”, “Atlantas” (hər ikisi Litva), “Dauqava” (Riqa, Latviya), “Kalev”, “Santos” (Estoniya), “Libertas” (San-Marino), “Kollec” (Cəbəllütariq)

 

Qeyri-müəyyənlər

“Vaduts” (Lixtünşteyn), “Hoqesund” (Norveç), “Nomme Kalyu” (Estoniya), “Dauqava” (Dauqavpils, Latviya), “Kruzaders” (Şimali İrlandiya), “Hibernian”, “Slima” (hər ikisi Malta), “Fram” (İslanidya), “Astana” (Qazaxıstan)
 

II təsnifat mərhələsi

Qeyri-müəyyənlər

“Molde” (Norveç), “Riyeka” (Xorvatiya), AİK (İsveç), “Dinamo”, “Şaxtyor”, “Neman” (hamısı Belarus), “Koşitse” (Slovakiya)