“Neftçi” tarixində 8-ci dəfə avrokuboklarda mərhələ adlayıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsində bakılıların önünə çıxan Gürcüstan “Çixura”sı bakılıların mübarizədən kənarlaşdırdığı 8-ci rəqibdir.
“Ağ-qaralar” 2004/05, 2005/06 mövsümlərinin hərəsində 1, 2008/09, 2012/13 və 2014/15 mövsümlərində isə hər dəfə 2 komandaya gücünü göstərib. “Neftçi” bu göstəricidə yalnız “Qarabağ”dan geri qalır. Sonuncuların 12 uğuru var.
Ümumilikdə isə Azərbaycan təmsilçiləri 30-cu dəfə mərhələ adladı. Bu uğurların 2/3-nə sahib olan iki klubdan başqa “İnter” 5, “Xəzər Lənkəran” 2, “Şəmkir”, “Karvan” və “Bakı” hərəyə 1 dəfə buna nail olub.
Baş məşqçilər arasında isə 2-ci pillənin vahid sahibi Boyükağa Hacıyev olub. O, 4-cü dəfə belə hala sevinib. Rekord isə Qurban Qurbanova məxsusdur – 11 dəfə.
30 uğurun digər yarısı isə 9 çalışdırıcının hesabındadı. Kaxaber Sxadadze 3, Böyükağa Ağayev, Ağasəlim Mircavadov, Yunis Hüseynov, Anatoli Demyanenko hərəyə 2, Kazbek Tuayev, Valentin Xodukin, Qyoko Hacıyevski, Con Toşak 1 dəfə mərhələ adlamağın sevincini yaşayıb.