Azərbaycan klubuna “yox” dedi, “Roda”ya keçdi
03.02.2015 - 14:50
Azərbaycan klubuna “yox” dedi, “Roda”ya keçdi

Bakının “İnter” klubunun daha bir hollandiyalı futbolçu transfer etmək istəyi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, qış fasiləsində Yusef Feniç və Ruben Şakeni sıralarına qatan paytaxt təmsilçisi yarımmüdafiəçinin həmyerlisi Arian Svinkelslə anlaşa bilməyib.

 

31 yaşlı müdafiəçi maraq dairəsində olduğu klubların təklifini dəyərləndirdikdən sonra “İnter”ə “yox” deyib. Bunadək Belçikanın “Lyers” klubunda çıxış edən Arian vətəninə qayıtmağa üstünlük verib.

 

Belə ki, “İnter”lə yanaşı, “Breda”dan da təklif alan müdafiəçi sonda “Roda”ya keçməyə qərar verib.

 

Qeyd edək ki, mərkəz müdafiəçisi 2003-12-ci illərdə Hollandiyanın “Villem”, 2012-14-cü illərdə isə “Lyers”in şərəfini qoruyub.