“Komandanın dağıldığını bizə rəsmən bildirməyiblər. Bu səbəbdən konkret bir söz deyə bilmərəm”. Bunu apasport.az saytına açıqlamasında “Lokomotiv” klubunun baş məşqçisi Novruz Əzimov deyib.
Mətbuatda I Divizion təmsilçisi “Lokomotiv”in maliyyə problemləri ilə üzləşdiyi üçün dağılması və fəaliyyətini dayandırması ilə bağlı xəbərlər yayılıb. Bununla bağlı danışan Əzimov konkret söz deməsə də, maliyyə probleminin olduğunu təsdiqləyib: “Futbolçular maaşlarını ala bilmirlər. Cari mövsümdə cəmi 2-3 dəfə maaş verilib. Maliyyə problemi ilə üzləşdiyimiz doğrudu. Belə vəziyyətdə klubun aqibətinin necə olacağını bilmirəm. Gözləyirik. Yəqin ki, tezliklə bununla bağlı rəsmi açıqlama verilər. “Lokomotiv”in dağılıb-dağılmayacağı rəsmən bilinmir”.
Qeyd edək ki, “Lokomotiv”i “Bakı” klubunun prezidenti Hafiz Məmmədov maliyyələşdirir.