Azərbaycan klubunun Xorvatiyada keçirəcəyi oyunların vaxtı dəqiqləşdi
15.07.2014 - 10:33
Azərbaycan klubunun Xorvatiyada keçirəcəyi oyunların vaxtı dəqiqləşdi

 

UEFA-nın bayrağı altında keçirilən Regionlar Kubokunun 2014/15 mövsümünün oyun təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, ötən il İtaliyanın Veneto şəhərində keçirilən həlledici final mərhələsinin iştirakçısı olan ölkəmiz birbaşa aralıq təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

 

I qrupda yer alan komandamızın rəqibləri Xorvatiya və Latviyadır. Sonuncu rəqibin adına iyulun 23-dən 27-dək Estoniyada keçiriləcək ilkin təsnifat mərhələsinin A qrupunun oyunlarından sonra aydınlıq gələcək.

 

Ölkəmizi, eləcə də Xorvatiya və Latviyanı bu turnirdə hansı klubun təmsil edəcəyi bilinmir. Ancaq 4-cü klubun adının “Dostık” (Qazaxıstan), “Vesterqötland” (İsveç), “Nort Uels” (Uels) və “Şimali Estoniya”dan (Estoniya) birinin olacağı dəqiqdir.

 

20 oktyabr

AZƏRBAYCAN – Xorvatiya

Latviya – I təsnifat mərhələsinin A qrupunun qalibi

 

22 oktyabr

AZƏRBAYCAN – Latviya

Xorvatiya - I təsnifat mərhələsinin A qrupunun qalibi

 

24 oktyabr

Xorvatiya – Latviya

I təsnifat mərhələsinin A qrupunun qalibi – AZƏRBAYCAN

 

Qeyd edək ki, aralıq təsnifat mərhələsinin I qrupunun oyunları Xorvatiyada keçiriləcək. Yalnız qrup qalibi 8 komandanın mübarizə aparacağı növbəti mərhələyə vəsiqə qazanacaq. Bu 8 komandadan birinin içərisindən isə meydan sahibi müəyyənləşdiriləcək.