Azərbaycan kubokunda nominal ev sahibi müəyyənləşdi
28.04.2014 - 12:05
Azərbaycan kubokunda nominal ev sahibi müəyyənləşdi

Mayın 22-də keçiriləcək Azərbaycan kubokunun final oyununun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Qəbələ” arasında oyunun nominal ev sahibi müəyyənləşib.

 

Peşəkar Futbol Liqasında hər iki klubun nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmaya əsasən, “Qəbələ” həlledici qarşılaşmada nominal ev sahibi olacaq.

 

Azərbaycan Kubokunun final oyunu

22 may 2014-cü il (cümə axşamı)

“Qəbələ” – “Neftçi”

Tofiq Bəhramov adına Respublika stadionu