Azərbaycan millisi almaniyalılara qalib gəldi
23.07.2014 - 09:43
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, futbolçularımız Almaniyanın Meklenburq-Vorpommern regional yığması ilə qarşılaşıb.
Fərid Nəbiyevin dublu sayəsində qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Millimiz növbəti oyununu bu gün keçirəcək.
0
0