17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Siyasət Əsgərov avqustun 12-15-də Estoniyanın paytaxtı Tallinndə təşkil olunacaq UEFA-nın inkişaf mini-turnirində güvənəcəyi “18-liyi” müəyyənləşdirib.
Gənc çalışdırıcı qarşılaşmalarda Günay İsmayılova (Fidan), Nərmin Rəhmanova, Ayşən Əhmədova, Roza Quliyeva, Sanay Fətullayeva, Firəngiz Teymurova (hamısı Səbayil), Gültac Məmmədəliyeva (Sumqayıt), Merve Ozdemir, Alina Miçaelis (hər ikisi Ayntraxt, Almaniya), Vüsalə Hacıyeva (Tovuz), Manə Mollayeva, Kristina Bakarandze, Ana Romançuki (hər üçü Zaqatala), Cağla Miray Kanpara, Gizem Yagmur Tenekeci (hər ikisi Frankfurt, Almaniya), Zehra İnceoğlu (Kickers, Almaniya), Diana Mamedova (Yenisey, Rusiya) və Adelina Neziriyə (Bohum, Almaniya) şans verəcək.
Oyunların təqvimini aşağıdakı kimidir:
12 avqust
17:00. Azərbaycan – Farer adaları
13 avqust
17:00. Azərbaycan – Türkiyə
15 avqust
14:00. Estoniya – Azərbaycan
Mənbə: affa.az