Azərbaycan millisi Ukrayna ilə heç-heçə etdi
28.08.2015 - 08:30
Azərbaycan millisi Ukrayna ilə heç-heçə etdi

Ukraynada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz ukraynalı həmyaşıdları ilə qarşılaşıb.

 

Qarşılaşma heç-heçə nəticələnib – 1:1. Komandamızın qolunu Murat Akpinar Cem vurub.

 

Qeyd edək ki, Azərbaycan və Ukrayna komandaları arasında ilk oyunda qapılara qol vurulmamışdı - 0:0.