[b]Adam Azərbaycandan ayrılıb, Hindistana getdi[/b]
04.02.2015 - 12:46
[b]Adam Azərbaycandan ayrılıb, Hindistana getdi[/b]

Azərbaycan yığmasının baş məşqçisi (U-19) Nikolay Adam Hindistan Futbol Federasiyasından təklif alıb. Apasport.az saytının məlumatına görə, təklifə əsasən, almaniyalı çalışdırıcı aprelin 1-dən 2017-ci il dekabrın sonuna qədər bu ölkədə çalışacaq.

 

Belə ki, 2017-ci ildə Hindistanda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsi təşkil olunacaq. Təşkilatçı ölkə statusu ilə Hindistanın müvafiq yaş qrupuna aid yığması turnirdə iştirak edəcək. Adam Hindistanın hazırkı U-15 yığmasına rəhbərlik edərək bu komandanı 2 il sonra iştirak edəcəyi dünya çempionatına hazırlaşdıracaq.

 

4 ildi ölkəmizdə işləyən almaniyalı çalışdırıcı affa.az-a açıqlamasında bildirib ki, hazırda bütün diqqətini Avropa çempionatının elit-raundunda çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarına yönəldib və komanda AÇ-nin final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, baş məşqçi olaraq fəaliyyətini davam etdirəcək.

 

Qeyd edək ki, elit-raundda yığmamızın mübarizə aparacağı 7-ci qrupun oyunları martın 26-dan 31-dək Fransada keçiriləcək.