Azərbaycan millisinin sabiq üzvü: 18 yaşında deyiləm ki...
04.02.2015 - 14:52
Azərbaycan millisinin sabiq üzvü: 18 yaşında deyiləm ki...

“Türkiyə klubları ilə danışıq aparmaq üçün ora getmişdim. Amma söhbətimiz alınmadı və geri qayıtdım”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin keçmiş futbolçusu Saşa Yunisoğlu deyib.

 

“Araz-Naxçıvan”la yolları ayrıldıqdan sonra klubsuz qalan 29 yaşlı müdafiəçi gələcək kayrerası ilə bağlı danışıb. I Divizionda oynamağı istəməyən Yunisoğlu yaya qədər klubsuz qalacağını istisna etməyib: “Bizdə artıq “transfer pəncərəsi” bağlandı. Danışıq apardığım klublarla yayda yenidən əlaqəyə çıxacam. Görək, Azərbaycanda özümə komanda tapa biləcəm, ya yox. I Diviziona getmək istəmirəm. Premyer Liqada çıxış edən klubla isə razılığa gələ bilmirəm. Yaxşısı budu, yaya kimi oynamayım. 18 yaşında deyiləm ki. Mövsümün sonuna qədər gözləyərəm. Yayda isə ürəyim istədiyi kluba keçərəm”.

 

Qeyd edək ki, karyerası ərzində “MKT-Araz”, “Bakı”, “Qəbələ”, “Neftçi”, AZAL və “Sumqayıt” klublarının da formasını geyinən Yunisoğlu Polşa və Türkiyədə legioner həyatı yaşayıb.