Azərbaycan yığması bircə oyun keçirsəydi...
28.03.2014 - 13:48
Azərbaycan yığması bircə oyun keçirsəydi...

Qadınlardan ibarət milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA-nın cədvəlində planetin 178 yığması yer alıb.

 

Onlardan 122-si siyahıda hesabındakı xallara əsasən qərarlaşıb. 18 aydan çoxdur heç bir rəsmi matç keçirməyən və ya son 4 ildə 5-dən az qarşılaşmaya çıxan 56 komanda isə 123-cü yerə layiq bilinib.

 

Hesabında 1341 xal olan Azərbaycan yığması da bu 56 komanda arasında yer alıb. Son il yarımda heç bir matça çıxmayan millimiz xallarına görə fəaliyyətsizlikdə olanlar arasında 5-ci göstəriciyə malikdir. Əgər komandamız son 18 ayda heç olmasa 1 görüş keçirsəydi, ümumi siyahıda 70-ci olacaqdı.

 

Qeyd edək ki, FİFA-nın 3 ayda bir dəfə açıqladığı qadın komandalarının reytinqinə ABŞ başçılıq edir – 2197 xal. Almaniya 2173, Yaponiya 2076 xalla ilk “üçlük”də yer alıb.