Azərbaycan yığması FİFA reytinqində irəlilədi
13.02.2014 - 12:48
Azərbaycan yığması FİFA reytinqində irəlilədi

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması fevral üçün tərtib edilən siyahıda irəliləyib.

 

Saytımızın hələ 10 gün əvvəl yazdığı kimi (http://apasport.az/news/86608) millimiz ötən ayla müqayisədə 1 pillə irəliləyərək, dünyanın 93-cüsü olub. Hesabında 372 xal olan Berti Foqtsun yetirmələri bu göstəricini də yaxşılaşdırıb. Ötən ay 363 xalı olan komandamız aktivinə daha 9 vahid əlavə edib.

 

Yanvarda açıqlandığı tarixdən sonra millimiz heç bir matça çıxmasa da, yığmamızın xal hesabının artımı irəliləyişə səbəb olub. Bunda Anqolanın enişi də rol oynayıb. Ötən ay planetin 89-cusu olan afrikalılar 6 pillə geriləməklə millimizdən geri düşüb.

 

Qeyd edək ki, martın 5-də komandamızla yoxlama oyunu keçirəcək Filippin 219 xalla 127-ci yerdədir. Siyahının ilk 3 pilləsi isə dəyişməz qalacaq. İspaniya (1506) 1-ci, Almaniya (1314) 2-ci. Argentina (1255) isə 3-cü yerdə mövqeyini qoruyub. Növbəti reytinq siyahısı martın 13-də açıqlanacaq.