19 yaşadək qızlardan ibarət Azərbaycan yığması noyabrın 23-dən 28-ə qədər Maltada təlim-məşq toplanışında olacaq. Apasport.az saytının məlumatına görə, yığmamız hazırlıq prosesi çərçivəsində yoxlama oyunlarında da qüvvəsini sınayacaq.
Komandamız Maltanın əsas millisi ilə 2 dəfə üz-üzə gələcək. Qarşılaşmalar noyabrın 25-də və 27-də keçiriləcək.
İspaniyalı baş məşqçi Patrisiya Qonzales toplanışa 20 futbolçu dəvət edib: Günay İsmayılova, Kamilla Məmmədova, Roza Quliyeva, Cəlilli Nigar (hamısı “Fidan”), Aytac Şərifova, Vüsalə Hacıyeva, Firangiz Teymurova (hamısı “Təhsil”), Aysun Əliyeva, Kristina Bakarandze, Süsən Mənsimova (hamısı “Neftçi”), Manə Mollayeva (“Qəbələ”), Dilgə Uyğun, Gizəm Tənəkeçi (hər ikisi “Frankfurt”, Almaniya), Alina Mixayelis, Mərvə Özdəmir, Zəhra İncəoğlu (hamısı “Ayntraxt”, Almaniya), Samara Ortiz, Malena Ortiz (hər ikisi “Kanillas”, İspaniya), Natalya Rodelqo (“Atletiko”, İspaniya), Çağla Miray Kanpara (“Herta”, Almaniya).
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI