Özbəkistan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 20-də Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək Asiya təmsilçisi Bakıya 23 futbolçu ilə gələcək.
Baş məşqçi Mircəlal Kasımov gələn həftə keçiriləcək görüşə 3 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 4 hücumçu çağırıb. Bakının “Neftçi” klubunun sabiq hücumçusu Bahodir Nasimov bu dəfə heyətə cəlb olunmayacaq.
Qapıçılar: Eldorbek Suyunov (“Nəsəf”), Nikita Ribkin (“Paxtakor”), Abdumavlon Abdujalilov (“Neftçi”);
Müdafiəçilər: Yeqor Krimets, Davron Xoşimov (hər ikisi “Paxtakor”), Bobur Yuldoşev, Salim Mustafoyev, İslom Tuxtaxujayev (hamısı “Lokomotiv”), Şerzod Fayziyev (“Məşəl”), Azamat İsroilov (“Olmalik);
Yarımmüdafiəçilər: Diyor Turopov (“Olmalik”), Azim Axmedov (“Novbahor”), Dilşod Jurayev, Sardor Raşidov (hər ikisi “Bunedkor”), Fozil Musayev (“Lokomotiv”), Jamşid İskanderov, Vladimir Kozak (hər ikisi “Paxtakor”), Pavel Smolyaçenko (“Neftçi”), Farrux Sayfiyev (“Nəsəf”);
Hücumçular: Şaxzod Nurmetov (“Metallurq”), İvan Naqayev (“Lokomotiv”), Navruz Olimov (“Kizilkum”), İqor Segeyev (“Paxtakor”).