17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Siyasət Əsgərov düşərgəyə 20 futbolçunu dəvət edib.
O, iyunun 17-dən etibarən Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq UEFA-nın inkişaf mini-turnirində Günay İsmayılova (Fidan), Nərmin Rəhmanova, Ayşən Əhmədova, Roza Quliyeva, Sanay Fətullayeva, Firəngiz Teymurova, Nərmin İsmayılova (hamısı Səbayil), Gültac Məmmədəliyeva (Sumqayıt), Hatice Özdemir, Dilge Uyğun, Gizem Yağmur Tenekeji (hər üçü Frankfurt, Almaniya), Nino Çxartişişvili (Lançkuti, Gürcüstan), Alina Michaelis (Ayntraxt, Almaniya), Zehra İnceoğlu (Kickers, Almaniya), Çağla Miray Kanpara (Lubars, Almaniya), Diana Mamedova (Yenisey), Vüsalə Hacıyeva (Tovuz), Ana Romançuki, Kristina Bakarandze və Manə Mollayevaya (Zaqatala) şans verəcək.
Yığmamızın Sarayevoda toplanışı iyunun 10-da başlayacaq. Turnirin təqvimi isə aşağıdakı kimidir:
17 iyun
Saat 14:00. Bosniya və Herseqovina - Azərbaycan
Saat 14:00. Makedoniya – Monteneqro
18 iyun
Saat 19:00. Bosniya və Herseqovina – Monteneqro
Saat 19:00 Azərbaycan - Makedoniya
20 iyun
Saat 14:00. Makedoniya - Bosniya və Herseqovina
Saat 14:00. Monteneqro – Azərbaycan
Mənbə: affa.az