Mayın 27-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək ABŞ yığmasına 30 futbolçu çağırılacaq. Apasport.az saytının məlumatına görə, bu barədə şimali amerikalıların baş məşqçisi Yurgen Klinsmann açıqlama verib.
O bildirib ki, Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsində oynamağa namizədlərin siyahısı mayın 12-də ictimaiyyətə təqdim olunacaq. 2 gün sonra start götürəcək təlim-məşq toplanışına qatılacaq bu 30 futbolçunun adı FİFA-ya göndəriləcək.
Yoxlama görüşləri və toplanış nəticəsində müəyyənləşəcək yekun heyəti isə iyunun 2-də dəqiqləşməlidir. Həmin 23 nəfərlik heyət də FİFA-ya təqdim olunacaq.
Qeyd edək ki, ABŞ – Azərbaycan oyunu San-Fransiskoda keçiriləcək.