“Qarabağ” Azərbaycan çempionu titulunun ardından ölkə kubokunu da qazanmaqla “Qızıl dubl”a imza atıb. Apasport.az saytının məlumatına görə, daxili yarışların 23 illik tarixində 7-ci belə hadisə qeydə alınıb.
1993-cü ildə də “Qızıl dubl”a nail olan “Qarabağ” ilk belə uğurun müəllifi kimi tarixə düşmüşdü. 22 ildən sonra nailiyyətini təkrarlayan ağdamlılar 2-ci dəfə iki titula yiyələnib.
Ən çox “Qızıl dubl” isə “Neftçi”yə məxsusdu – 3 dəfə. “Kəpəz”lə “Xəzər Lənkəran”ın hərəsinin 1 belə uğuru var.
Baş məşqçi kimi ilk “Qızıl dubl”unu rəsmiləşdirən Qurban Qurbanov belə nailiyyət əldə edən 5-ci çalışdırıcıdı. Ağasəlim Mircavadov və Kazbek Tuayevin hərəyə 2 dəfə qazandığına Mehman Allahverdiyevlə Böyükağa Hacıyev də imza atıb. Lakin Qurbanov digərlərindən fərqli futbolçu kimi də eyni uğura sevinib. Bu, 2003/04 mövsümündə baş verib.
Azərbaycan futbolunda “Qızıl dubllar”
1993. “Qarabağ” (Ağasəlim Mircavadov)
1995/96. “Neftçi” (Kazbek Tuayev)
1997/98. “Kəpəz” (Mehman Allahverdiyev)
2003/04. “Neftçi” (Kazbek Tuayev)
2006/07. “Xəzər Lənkəran” (Ağasəlim Mircavadov)
2012/13. “Neftçi” (Böyükağa Hacıyev)
2014/15. “Qarabağ” (Qurban Qurbanov)
Qeyd: mötərizədə baş məşqçi göstərilib.