Azərbaycanda aşağı dəstəyə düşdü, İsraildə elitaya qalxan komandaya keçdi
07.06.2014 - 14:19
Növbəti mövsümdən I dəstədə çıxış edəcək “Rəvan” bütün legionerləri ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu legionerlərdən artıq Miloş Adamoviç özünə klub tapıb.
Serbiyalı dayaq yarımmüdafiəçisi növbəti mövsümdən İsraildə çıxış edəcək. 25 yaşlı futbolçu elitaya vəsiqə qazanmış Petah-Tikva “Hapoel”i ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Miloş Adamoviç vətəni və ölkəmizdən başqa, Moldova, Polşa və Qazaxıstanda çıxış edib. 2012/13 mövsümünün qış fasiləsində “Sunkar”dan “Rəvan”a keçən Adamoviç ölkəmizdə 39 oyuna 10 qol vurmağı bacarmışdı.
0
0