Bolqarıstan millisinin sabiq futbolçusu Spas Delev karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu legioner həyatı yaşamaq üçün son iki ildə şərəfini qoruduğu Plovdiv “Lokomotiv”indən ayrılıb.
Müqaviləsini qarşılıqlı razılıqla pozan Delev azad agent statusu ilə istədiyi kluba keçə bilər.
Hücumçunun hazırda Azərbaycan və Çindən aldığı təkliflər üzərində baş sındırdığı bildirilir. Spas seçimini edib, bu ölkədən birində legioner həyatı yaşayacaq. Hücumçu yaxın günlərdə qərarını açıqlayacaq.
Qeyd edək ki, Bolqarıstan millisində 2009-cu ildə debüt edən Delev yığmada 8 oyuna çıxıb. Hücumçu karyerası ərzində vətənində “Pirin” (Blaqoevqrad), “Bansko”, MOİK, İspaniyada “Las-Palmas”, Türkiyədə “Mersin İdman Yurdu”nun formasını da geyib.