Türkiyədə legioner həyatı yaşayan azərbaycanlı futbolçular bu gün növbəti oyunlarına çıxacaqlar. Apasport.az saytının məlumatına görə, Mahir Şükürov, Cavid İmamverdiyev və Cəmşid Məhərrəmov PTT I liqada XIX tur matçına çıxmağa hazırlaşırlar.
Öncə Bakı vaxtı ilə saat 16:00-da Cəmşid Məhərrəmovun komandası “Adanaspor” “Orduspor”la səfər qarşılaşmasına çıxacaq. Saat 20:30-da isə Mahir Şükürovun formasını geyindiyi “Karşıyaka” Cavid İmamverdiyevin klubu “Elazığspor”u qonaq edəcək.
Hazırda “Karşıyaka” 26 xalla 8-ci, “Elazığspor” 23 xalla 11-ci, “Adanaspor” isə 21 xalla 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Mahir Şükürov və Cavid İmamverdiyev milli komanda ilə yanaşı, “Neftçi”də də komanda yoldaşı olublar.