İdman Araşdırmalar Mərkəzi (İAM) futbol üzrə Topaz Premyer Liqasında 30 turu əhatə edən 150 oyun ərzində vurulmuş qollarla bağlı statistik təhlil aparıb. Apasport.az saytının xəbərinə görə, məqsəd qapılardan keçən toplarda yerli və əcnəbi futbolçuların rolunu müəyyənləşdirmək, ayrı-ayrı göstəricilər üzrə müqayisələr aparmaqdan ibarət olub.
Bunun üçün 30 tur 5 hissəyə bölünüb. Hər hissədə 6 turun qolları əksini tapıb. Belə bölgü mövsümün qışadək keçirilmiş 18 turu və qışdan sonra olan 12 turunu müqayisə etmək üçün aparılıb:
Turlar qollar yerli əcnəbi avtoqol penaltilərlə qol:
|
|
Turlar |
qollar |
yerli |
əcnəbi |
avtoqol |
penaltilərlə qol |
||
|
I – VI |
I II III IV V VI |
15 14 14 11 10 16 |
5 3 4 5 4 3 |
10 11 10 6 6 13 |
|
|
1 |
1 1
1 |
|
|
|
80 |
24 |
56 |
|
|
1 |
3 |
|
VII – XII |
VII VIII IX X XI XII |
11 2 12 14 7 22 |
4 - 6 5 1 8 |
7 2 6 9 6 14 |
1
|
1
|
1
2
3 |
1
|
|
|
|
68 |
24 |
44 |
1 |
1 |
6 |
1 |
|
XIII – XVIII |
XIII XIV XV XVI XVII XVIII |
7 9 7 13 12 17 |
4 3 3 4 6 6 |
3 6 4 9 6 11 |
1 |
1
1 |
1 1 |
2 1 1 |
|
|
|
65 |
26 |
39 |
1 |
2 |
2 |
4 |
|
XIX – XXIV |
XIX XX XXI XXII XXIII XXIV |
16 13 13 15 8 8 |
5 5 3 4 2 1 |
11 8 10 11 6 7 |
1 1 |
1
|
1 2
1
|
2 1 1 |
|
|
|
73 |
20 |
53 |
2 |
1 |
4 |
4 |
|
XXV – XXX |
XXV XXVI XXVII XXVIII XXIX XXX |
13 11 16 13 7 15 |
2 6 2 2 - 4 |
11 5 14 11 7 11 |
|
1 1 |
1
2 |
1 2
1 |
|
|
|
75 |
16 |
59 |
|
2 |
3 |
4 |
|
Yekun |
|
361 |
110 |
251 |
10 (4 + 6) |
32 (16 + 16) |
||
2 tur qolsuz qalan...
Cədvəldən göründüyü kimi, ən az qol (2) VIII turda, ən çox qol (22) XII turda vurulub. Yerli futbolçular VIII və XXIX turlarda fərqlənə bilmədikləri halda, ən çox qola (8) XII turda imza atıblar. Legionerlər isə ən az qolu (2) VIII turda, ən çox qolu (14) XII və XXVII turlarda vurublar.
Qışdan sonra geriləyən...
Mövsümün ilk yarısında hissələr üzrə ümumi qol sayı 80-dən 65-dək azalsa da, yerli futbolçular qış fasiləsinədək qollarını hissələr nisbətində 24-dən 26-dək artırıblar. Lakin mövsümün ikinci yarısında hissələr ərzində vurulan qolların sayı 75-dək artsa da, yerli oyunçuların qolları 16-ya enib.
Legionerlərdən 2,28 dəfə az fərqlənən...
Beləliklə, 30 turun 150 oyunu ərzində qapılara 361 qol vurulub ki, bu da hər tura 12,03 qol, hər matça 2,41 qol deməkdir. Qolların 110-u və ya 30,47 faizi yerlilərin, 251-i və ya 69,53 faizi əcnəbilərin payına düşüb. Başqa sözlə, əcnəbilər yerlilərdən 141 qol çox və ya 2,28 dəfə artıq qol vurublar.
110 qolun 20-ni avtoqol və penaltidən vuran...
Amma məsələ burasındadır ki, qolların 10-nu futbolçular öz qapısına, 32-ni isə 11 metrlik cərimə zərbələrindən vurublar. Avtoqollardan 4-ü, penaltilərdən 16-sı yerlilərin passivinə və aktivinə yazılıb. Beləliklə, 150 matçda yerli futbolçular 110 qolun cəmi 90-nı oyun vəziyyətindən vurublar. Başqa sözlə, futbolçularımız hər turda orta hesabla 3 dəfə, hər oyunda isə 0,6 dəfə fərqlənə biliblər. Qalan 20 qoldan 10-nu futbolçularımız öz qapısına, 16-nı isə penaltidən vurublar. Əvəzində əcnəbi futbolçular 150 matçda 251 qolun 229-nu oyun vəziyyətindən vurublar. Bu isə o deməkdir ki, legionerlər hər turda orta hesabla 7,63 dəfə, hər oyunda isə 1,53 dəfə fərqləniblər.
Məhsuldarlıqda legionerlərə 2 dəfədən çox uduzan azərbaycanlı futbolçular
Beləliklə, legionerlərin məhsuldarlığı yerlilərə nisbətdə 6,10 qol qədər çox və ya 2,54 – 2,55 dəfə yüksək olub. Əcnəbilərin daha çox qol vurmasını legioner limiti ilə də müəyyən mənada əlaqələndirmək olardı. Çünki hazırda Premyer Liqada komandalar “11-lik”də 4 yerli, 7 əcnəbinin xidmətindən yararlana bilərlər. Amma bu halda da əcnəbilərin yerlilərə qol nisbəti 1,75-i keçməməli idi. Hazırkı durumda isə legionerlər yerlilərlə müqayisədə yol verilən həddən 0,75 qədər və ya 1,45 dəfə çox qol vurublar.
Real durum ortadadır. Elə də xoş mənzərə deyil. Son 6 turda yerli futbolçuların legionerləri üstələməsi və qollar nisbətində ciddi dəyişikliyə nail olması isə inandırıcı görünmür.