Azərbaycanlı hakim-inspektor Rumıniyaya gedəcək
24.07.2015 - 08:31
Azərbaycanlı hakim-inspektor Rumıniyaya gedəcək

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarının iştirakçısı olacaq.

 

Xudiyev iyulun 29-da, Buxarest şəhərindəki “Nationala Arena” stadionunda keçiriləcək “Styaua” (Rumıniya) – “Partizan” (Serbiya) oyununun hakim-inspektoru funksiyasını yerinə yetirəcək.