Azərbaycanlı hakim-inspektor Şotlandiyanın oyununda
25.08.2015 - 11:34
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA tərəfindən yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlar zamanı iş başında olacaq.
O, sentyabrın 4-də keçiriləcək Gürcüstan – Şotlandiya oyununun hakim-inspektoru vəzifəni yerinə yetirəcək. Bu görüş Tiflis şəhərindəki Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək
Mənbə: affa.az
0
0