Mərkəz müdafiəçiləri “Böyük oyun”da iştirak etməyəcəklər
24.03.2014 - 17:45
Mərkəz müdafiəçiləri “Böyük oyun”da iştirak etməyəcəklər

“Böyük oyun” öncəsi “Neftçi” və “Xəzər Lənkəran” müdafiə xəttində itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, hər 2 komanda martın 29-da keçiriləcək oyunda əsas mərkəz müdafiəçisi olmadan meydana çıxmalı olacaq.

Söhbət Elvin Yunuszadə ilə Rasim Ramaldanovdan gedir. Yunuszadə “Rəvan”la görüşün 47, Ramaldanov isə “Simurq”la matçın 51-ci dəqiqəsində sarı vərəqə almaqla cəzalı duruma düşüb. Bu isə o deməkdir ki, “Böyük oyun”da biz azərbaycanlı mərkəz müdafiəçilərini görməyəcəyik.

Qeyd edək ki, “Neftçi”də və “Xəzər Lənkəran”da digər mərkəz müdafiəçiləri legionerlərdir. Bunlar Karlos Kardoso, İqor Mitreski, Denis Silva, Tyeqo, Alvaro Silva və Adrian Skarlatakedir.