[b]Bahodir Nasimov “İnter”lə müqavilə bağlayır [/b]
09.06.2014 - 10:24
[b]Bahodir Nasimov “İnter”lə müqavilə bağlayır [/b]

“Neftçi”dən ayrılan Bahodir Nasimov çox keçmədən özünə yeni klub tapıb. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, özbəkistanlı hücumçu “İnter”in düşərgəsində peyda olub.

 

27 yaşlı hücumçu iyunun 7-si günorta saatlarında “İnter”in Türkiyədəki hazırlıqlarına qoşulub. Artıq tibbi müayinədən də uğurla keçən forvard yeni komandası ilə 1 illik müqavilə bağlayacaq. Tərəflər arasında anlaşma “İnter” sabah Bakıya qayıtdıqdan sonra rəsmiləşəcək.

 

Yeri gəlmişkən, onun “İnter”ə keçməsinin təfərrüatları da bəlli olub. “Bankirlər” beninəsilli fransalı hücumçu Omar Kossoko ilə müqavilə bağlamaqdan imtina etdiyi üçün son anda diqqətlər sərbəst futbolçu olan Nasimova yönəldilib. Kaxaber Sxadadze oyunçu keyfiyyətlərinə bələd olduğu futbolçunun hücum xəttinə “məlhəm” olacağını düşünür.