Bakı “İnter”indən “Hayduk”a getdi
26.06.2014 - 10:58
Bakı “İnter”indən “Hayduk”a getdi

Mövsüm başa çatdıqdan sonra “İnter”lə müqaviləsi başa çatan braziliyalı yarımmüdafiəçi Flavio Bek Junior özünə yeni komanda tapıb. Apasport.az xəbər verirki, o, Bosniya və Herseqovinanın “Hayduk” klubunun düşərgəsində yoxlanışdadır.

 

Flavio tibbi-müayinədən uğurla keçərsə, onunla müqavilə imzalanacaq.

 

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi “İnter”in heyətində ötən mövsüm cəmi 4 oyunda meydana çıxıb.