Bakıda darmadağın görən hakim yenidən millimizin oyununda
06.08.2014 - 11:11
Bakıda darmadağın görən hakim yenidən millimizin oyununda

Azərbaycan və Özbəkistan milliləri arasında yoldaşlıq oyununun baş hakimi Georgi Vadaçkoria ikinci dəfə yığmamızın oyununu idarə edəcək. Apasport.az saytının məlumatına görə, gürcüstanlı FİFA referisi 2 il əvvəl də Bakıda olub.

 

Vadaçkoria 2012-ci il avqustun 15-də yığmamızın Bəhreynlə yoldaşlı matçında da fit çalmışdı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan qarşılaşmada millimiz asiyalıları 3:0 hesabı ilə darmadağın etmişdi.

 

Branimir Subaşiçin 35-ci, Cihan Özkaranın 59-cu, Cavid Hüseynovun 79-cu dəqiqədə vurduğu matçda komandamız penaltidən də yararlana bilməyib. Belə ki, komandamızın kapitnı Rəşad Sadıqov 34-cü dəqiqədə dəqiq olmayıb.

 

Qeyd edək ki, 37 yaşlı referi UEFA-nın hakimlər üçün 3-cü kateqoriyasına daxildir.