Balotelli: İngiltərə kraliçasından öpüş gözləyirəm
20.06.2014 - 04:59
Balotelli: İngiltərə kraliçasından öpüş gözləyirəm

 

İtaliya yığmasının hücumçusu Mario Balotelli Kosta-Rika yığması ilə oyundan əvvəl maraqlı açıqlama ilə çıxış edib. Apasport.az saytının məlumatına görə, futbolçu qalib gəldikləri təqdirdə nə istədiyini açıqlayıb.

 

“Əgər biz Kosta-Rikaya qalib gəlsək, İngiltərə kraliçasının məni öpməsini istəyirəm. Əlbəttə Ki, yanağımdan” - deyə, Balotelli sosial şəbəkədəki səhifəsində yazıb.

 

Qeyd edək ki, Mari Balotelli İngiltərə ilə oyunda qələbə topunu vurub. Hazırda hər iki oyunda məğlub olan İngiltərə yığmasının taleyi qrupda digər komandaların, ilk növbədə İtaliyanın necə çıxış edəcəyindən asılıdır.