Baş katib İsveçrəyə yollandı
24.11.2015 - 12:43
AFFA-nın baş katibi Elxan Məmmədov İsveçrəyə yollanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş katibin səfəri UEFA-dakı işi ilə bağlıdı.
Belə ki, Elxan Məmmədov eyni zamanda Avropa futbol təşkilatının İdarəetmə və Audit Komitəsinin üzvüdü.
O, komitədəki fəaliyyəti ilə əlaqədar bu gün və sabah UEFA-nın mənzil-qərargahının yerləşdiyi Nyon şəhərində olacaq.
0
0